Bakıda qadın sürücünün vurduğu piyada ölüb

Bakıda qadın sürücünün vurduğu piyada ölüb
# 06 mart 2019 12:08 (UTC +04:00)

Bakıda yolu keçmək istəyən şəxsi maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, martın 5-də saat 20.00 radələrində Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Təranə Poladova idarə etdiyi “Toyota Prado” markalı avtomobillə yolu keçən Qusar rayon sakini, 1987-ci il təvəllüdlü Alxas Həsənbəyovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR