Səfir: "Azərbaycan Ukraynada energetika layihələri və tenderlərdə aktiv iştirak niyyətindədir"

Səfir: "Azərbaycan Ukraynada energetika layihələri və tenderlərdə aktiv iştirak niyyətindədir"
# 24 yanvar 2018 14:03 (UTC +04:00)

Azərbaycan Ukraynada energetika layihələri və tenderlərdə aktiv iştirak etmək istəyir.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynada olan səfiri Azər Xudiyev "Ukrinform" agentliyinə müsahibəsində deyib.

"Biz Ukraynada keçiriləcək tenderlərdə və energetika layihələrində yaxından iştirak etmək niyyətindəyik. Qeyd etmək lazımdır ki, iki ölkə arasında ticarət dövriyyəsinin böyük hissəsini Azərbaycanın Ukraynaya ixrac etdiyi neft və neft məhsulları təşkil edir”, - deyə A. Xudiyev qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan hər ay Ukraynaya 200-300 min ton neft, neft məhsulları, qaz kondensatı və digər yüngül və ağır materiallar ixrac edir: "Təchizat plana uyğun olaraq həyata keçirilir".

Bundan əlavə, SOCAR şirkəti indiyədək Ukraynaya 300 mln. dollar məbləğində sərmayə yatırıb. "Əlverişli və cəlbedici investisiya şərtləri olanda SOCAR öz biznesini daha da genişləndirməyi planlaşdırır. Yaxın gələcəkdə SOCAR rəhbərliyinin Energetika Nazirliyi ilə bir sıra perspektivli layihələrin müzakirəsi üçün bura səfəri gözlənilir”, - deyə səfir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR