Prokuror quldurluqda təqsirləndirilən şəxslərə cəzası istəyib

Prokuror quldurluqda təqsirləndirilən şəxslərə cəzası istəyib
# 13 oktyabr 2016 10:55 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq, dələduzluq, hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Hikmət İsgəndərov, Qafar Bağırbəyov, Rauf Əlimuxtarov və İbadulla Əlimuxatrovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərin cinayət əməllərinin tam sübuta yetirildiyini deyib.

Prokuror Hikmət İsgəndərovun 10 il, Qafar Bağırbəyovun 12 il, Rauf və İbadulla Əlimuxatrovların isə hər birinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Sonra təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib.

Məhkəmə prosesi oktyabrın 20-də davam etdiriləcək.

Qeyd edək ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı dəstə üzvləri Hikmət İsgəndərov, Qafar Bağırbəyov, Rauf və İbadulla Əlimuxatrov qardaşları saxlanılıblar. İlkin dindirilmə zamanı məlum olub ki, dəstənin başçısı əvvəllər məhkum olunmuş, Yasamal rayon sakini 18 yaşlı Hikmət İsgəndərov Bədəlov Əli Mahmud oğluna və Süleymanov Fuad Əli oğluna qarşı bıçaqla hədələməklə soyğunçuluq edib.

Dəstə üzvləri dindirilmə zamanı Yasamal rayonu, Şərifzadə küçəsində avtobus sürücüsü və köməkçisini döyərək ağır bədən xəsarətlərini yetirdiklərini də etiraf ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR