Yevlaxda kişi arvadını döyərək xəsarət yetirib

Yevlaxda kişi arvadını döyərək xəsarət yetirib
# 28 noyabr 2017 05:58 (UTC +04:00)

Yevlaxda kişi 26 yaşlı arvadını döyüb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, noyabrın 27-i Şəki şəhəri S. Əfəndiyev küçəsi ev 12 ünvanında qeydiyyatda olan, 1991-ci il təvəllüdlü Xatun İlqar qızı Rəsulova bədənin çoxsaylı küt travmaları ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.


MRX-dan APA-ya bildirilib ki, əri tərəfindən döyülən Xatun Rəsulovanın müalicəsi xəstəxanada davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Yevlax rayonunda ərdə olan Xatun Rəsulova bir-neçə gün əvvəl orada möhkəm döyülüb. Ağır bədən xəsarəti alan Xatun Rəsulova Şəki şəhərində yaşayan ailəsinin yanına gəlib.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR