Bakıda Mərakeş səfirliyinə məxsus avtomobil qəza törədib

Bakıda Mərakeş səfirliyinə məxsus avtomobil qəza törədib
# 11 avqust 2017 09:16 (UTC +04:00)

Mərakeşin Azərbaycandakı səfirliyinə məxsus avtomobil qəzaya düşüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində qeydə alınıb. Mərakeşin Bakıdakı səfirliyinə məxsus, 1974-cü il təvəllüdlü Xalid Berrahalın idarə etdiyi “Dodge” markalı, 054 D 003 dövlət qeydiyyat nişanlı maşın yoldan çıxaraq səkiyə çırpılıb. Nəticədə xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR