Avtomobildə üç min "Afrika şiri" aşkarlanıb

Avtomobildə üç min "Afrika şiri" aşkarlanıb
# 06 mart 2019 10:51 (UTC +04:00)

Gömrük postunda minik maşınından 3 minə yaxın qanunsuz preparat aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən ONA-ya verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn "Mercedes Benz" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Baxış zamanı, nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 16 ədəd üzərində "Nemirovskaya" yazısı olan spirtli içki və 2900 ədəd üzərində "Afrika şiri" yazısı olan dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR