Bolqarıstanda prezident seçkiləri keçirilir

Bolqarıstanda prezident seçkiləri keçirilir
# 06 noyabr 2016 07:21 (UTC +04:00)

Bu gün Bolqarıstanda prezident seçkiləri keçirilir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 7:00 (Bakı vaxtı ilə saat 9:00) radələrində ölkədə 12 min seçki məntəqəsi açılıb.

Seçki məntəqələrinin əksəriyyətinin qarşısında növbə var. İlk dəfə səsvermənin məcburi xarakter daşıdığı seçkidə 6,8 milyon seçici səs verməlidir. Seçki bülletenlərinə 21 prezidentliyə namizədin adı daxil edilib. Eyni zamanda vitse-prezident seçkiləri keçirilir.

Seçki prosesini 2 mindən çox müşahidəçi izləyir. Ekspertlər namizədlərdən heç birinin ilk turda qalib gələ bilməyəcəyini, buna görə də noyabrın 13-də seçkilərin ikinci turunun keçiriləcəyini proqnozlaşdırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR