Bakıda daş karxanasında fəhlə faciəli şəkildə ölüb

Bakıda daş karxanasında fəhlə faciəli şəkildə ölüb
# 02 fevral 2017 07:43 (UTC +04:00)

Bakıda daş karxanasında fəhlə faciəli şəkildə ölüb.

APA-nın məlumatına görə, hadisə Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən daş karxanasında qeydə alınıb. Orada fəhlə işləyən, Yardımlı rayon sakini, 31 yaşlı Hikmət Səxavət oğlu Bəhmənov elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR