Moskvada miqrantlar “Rosqvardiya” patruluna silahlı hucum ediblər, iki nəfər ölüb

Moskvada miqrantlar “Rosqvardiya” patruluna silahlı hucum ediblər, iki nəfər ölüb
# 29 dekabr 2016 23:28 (UTC +04:00)

Moskvada “Rosqvardiya”nın mühafizə patrulunun iki əməkdaşı silahlı hücum nəticəsində qətlə yetirilib. APA-nın “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, Yeni Moskva yaşayış massivində davanın baş verməsi barədə məlumatı araşdıran patrul Orta Asiyadan olan şəxslərin hücumuna məruz qalıb. “Rosqvardiya”çılara məxsus “Kedr” tipli iki avtomat və “Makarov” tapançasını ələ keçirən cinayətkarlar asayiş keşikçilərinə atəş açaraq, hadisə yerini tərk ediblər.

Məlumata görə, atəş nəticəsində “Rosqvardiya”çılardan biri hadisə yerində, digəri isə xəstəxanada keçinib.

Həyata keçirilən “Sirena” planı nəticəsində hücum etməkdə şübhəli bilinən dörd şəxs saxlanılıb. Onların üzərindən oğurluq silahlar aşkarlanaraq götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR