Bakıda daş karxanasında fəhlə ölüb

Bakıda daş karxanasında fəhlə ölüb
# 17 fevral 2017 07:07 (UTC +04:00)

Bakıda daş karxanasında ölüm hadisəsi baş verib.

Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, “Şahqaya” daş karxanasında fəhlə işləyən Cəlilabad sakini, 1960-cı il təvəllüdlü Naib Ağamalıyev 15 metr hündürlüyündəki gözətçi otağından yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR