“Qarabağ”ın zədəli legioneri heyətə dönüb

“Qarabağ”ın zədəli legioneri heyətə dönüb
# 07 mart 2019 14:48 (UTC +04:00)

Ağdamın “Qarabağ” klubunun futbolçusu Miçel komandanın məşqlərinə qoşulub. ONA-nın xəbərinə görə, zədə səbəbindən təxminən ayyarım məşqlərdən kənar qalan ispaniyalı yarımmüdafiəçi bu gündən kollektiv çalışmalara başlayıb.
Mövsümün ikinci yarısının startı ərəfəsində xəsarət alan 34 yaşlı legioner zədəsini tam sağaltdığından hazırlıqlara start verib. 2019-cu ildə heç bir rəsmi matçda iştirak etməyən Miçel XXI turda meydana çıxa bilər.
Qeyd edək ki, “Qarabağ” XX turun martın 9-də keçiriləcək oyununda “Zirə” ilə qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR