Keçmiş arvadını amansızlıqla qətlə yetirən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib

Keçmiş arvadını amansızlıqla qətlə yetirən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib
# 30 mart 2017 12:38 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Samir Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S. Verdiyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il Sumqayıt şəhərində baş verib. Şəhər sakini, 1975-ci il təvəllüdlü Samir Verdiyev keçmiş həyat yoldaşı, 1984-cü il təvəllüdlü Tutuxanım Cəfərovanı yaşadığı evdə bıçaqlayaraq qətlə yetirib. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. S. Verdiyev qadını 27 bıçaq zərbəsi ilə xüsusi amansızlıqla qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR