“Azneft”: Bu ilin səkkiz ayında 4 mln. ton neft hasil edilib

“Azneft”: Bu ilin səkkiz ayında 4 mln. ton neft hasil edilib
# 27 sentyabr 2017 07:15 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində SOCAR-ın “Azneft” İstehsalat Birliyinin bütün idarə və struktur birləşmələrində yeni obyektlərin və qurğuların tikintisi, onların istismara verilməsi, hasilatın artırılması, xidməti sahələrin, tikililərin və binaların əsaslı təmiri üzrə kompleks tədbirlər görülüb.

“Azneft”dən “APA-Economics”ə verilən məlumata görə, bu ilin səkkiz ayı ərzində “Azneft” üzrə 4 mln. 113,9 min ton neft, 3,43 mlrd. kubmetr qaz hasil edilib.

Yeni quyuların qazılması işi bu il də uğurla davam etdirilib. Çoxsaylı qazma işləri həyata keçirilib, yeni neft və qaz quyuları istismara verilib. Qazma işlərinin həcminin genişləndirilməsi nəticəsində, ilin ilk 8 ayı ərzində “Azneft”in sifarişi əsasında 49 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 71 min ton neft hasil edilib.

Ötən 8 ayda fəaliyyətsiz quyu fondundan 49 quyu nəzərdə tutulduğu halda 69 quyu istismara qaytarılıb. Bu quyulardan 33,4 min ton neft alınıb.

İlin əvvəlindən 422 geoloji tədbir keçirilib, nəticədə 175,5 min ton neft hasil edilib ki, bu da plana qarşı 40 tədbir çox və 64,4 min ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə, 29,1 min ton plana qarşı 36 min ton neft hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR