Moldovada keçirilən prezident seçkilərində İqor Dodon qalib gəlir

Moldovada keçirilən prezident seçkilərində İqor Dodon qalib gəlir
# 30 oktyabr 2016 22:02 (UTC +04:00)

Moldovada prezident seçkilərinin nəticələri açıqlanır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, İlkin nəticələrə əsasən, Sosialist partiyasının lideri İqor Dodon öndədir.

Hazırda bülletenlərin 52 faizi hesablanıb. İqor Dodon 52,69% səs toplayıb. Onun əsas rəqibi - Həmrəylik Partiyasının lideri Maya Sandu 33, 75% səs toplaya bilib.

İ. Dodon Rusiya ilə strateji əməkdaşlığın bərpa edilməsi, Moldova məhsullarının Rusiya bazarına qayıtmasının və bu ölkə ilə enerji sahəsində əməkdaşlığın normallaşdırılmasının tərəfdarıdır. M. Sandu isə Rumıniya və Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyin, ABŞ-la strateji əməkdaşlığın yaradılmasını zəruri sayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR