Bakıda dükandan oğurluğa cəhd edən şəxs saxlanılıb

Bakıda dükandan oğurluğa cəhd edən şəxs saxlanılıb
# 07 aprel 2018 11:11 (UTC +04:00)

Aprelin 6-da saat 15.00 radələrində Yasamal Rayon Mühafizə İdarəsinə ərazidəki qorunan marketlərin birindən həyəcan siqnalı daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dərhal 2-ci Alatava yaşayış sahəsindəki həmin ünvana gələn İdarənin əməkdaşları oradan oğurluğa cəhd edən şəxsi cinayət başında yaxalayaraq 29-cu Polis Şöbəsinə təhvil veriblər.

Şöbədə aparılan araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sənan Zeynalov olduğu müəyyən edilib.

Aprelin 6-da Yasamal rayonunun A.Şərifzadə küçəsində bir qadına qarşı zor tətbiq edərək soyğunçuluq yolu ilə mobil telefonunu almaqda şübhəli bilinən şəxs 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Pərvin Aslanov olduğu müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR