Xaçmazda güclü yanğın olub

Xaçmazda güclü yanğın olub
# 24 iyun 2015 06:37 (UTC +04:00)

Bakı - APA. Xaçmaz rayonunun Üçgünqışlaq kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 32 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılmış 3,6 ton ot bağlamasının 2 tonu, ona bitişik tikilmiş, digər vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan talvarın yanar konstruksiyaları və altında yığılmış 4,5 ton ot bağlamasının 2,5 tonu yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, hər iki ot bağlamasının qalan hissəsi və yaxınlıqda olan fərdi yaşayış evi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR