Azərbaycan-Qətər Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın birinci iclası keçirilib

Azərbaycan-Qətər Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın birinci iclası keçirilib
# 31 yanvar 2017 13:09 (UTC +04:00)

Yanvarın 31-də Fövqəladə Hallar Nazirliyində (FHN) Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın birinci iclası keçirilib.

FHN-dən APA-ya bildirilib ki, Komissiyanın həmsədrləri Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin təkbətək görüşü olub. Sonra nazirlərin həmsədrliyi, Komissiyanın hər iki tərəfdən olan üzvlərinin iştirakı ilə birinci iclası keçirilib.

İclasda Azərbaycanla Qətər arasında əlaqələrin yüksək templə inkişaf etdiyi vurğulanıb, dövlət başçılarının qarşılıqlı səfərləri və bu səfərlər zamanı imzalanan sənədlər, əldə olunan razılaşmalar sayəsində əlaqələrin son illər dinamik şəkildə genişləndiyi xüsusi qeyd edilib, Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin 2016-cı ildə ölkəmizə səfərinin uğurla keçdiyi bildirilib, Azərbaycan prezidenti İlham Əliyevin bu ilin fevral ayında Qətər Dövlətinə nəzərdə tutulan səfərinin iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafına təkan verəcəyinə əminlik ifadə edilib.

Qeyd olunub ki, dövlət başçılarının təşəbbüsü ilə yaradılmış Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyəti hər iki dövlət arasında münasibətlərin daha da dərinləşməsinə istiqamətlənib. Bu mənada, Azərbaycanın ixrac yönümlü məhsullarının Körfəz bazarına çıxarılmasının, eyni zamanda Körfəz ölkələri ilə sərmayə əməkdaşlığının təşviq edilməsinin hazırda əsas prioritet istiqamətlərdən olduğu və bu xüsusda dövlət və özəl şirkətlərin səylərinin artırılmasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Qarşılıqlıq prinsipi əsasında Azərbaycan vətəndaşlarına Qətər Dövlətinə daxil olduqda viza verilməsi təklifinə müsbət cavabın verilməsi yüksək qiymətləndirilib.

İclasda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrin yekununa dair protokolu Komissiyanın həmsədrləri imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR