“Şahdəniz” yatağının əməliyyat və əsaslı xərcləri azalıb

“Şahdəniz” yatağının əməliyyat və əsaslı xərcləri azalıb
# 17 may 2018 12:26 (UTC +04:00)

Bu ilin birinci rübü üçün “Şahdəniz” yatağının fəaliyyəti üzrə əməliyyat və əsaslı xərclər açıqlanıb.

APA-Economics” “Şahdəniz” yatağının operatoru “BP-Azerbaijan” şirkətinin bu ilin birinci rübü üzrə fəaliyyətin üçün hazırladığı hesabata əsasən bildirir ki, bu ilin 1-ci rübü ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə təqribən 123 mln. dollar əməliyyat xərcləri və təqribən 415 mln. dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aiddir.

Belə ki, yatağın əməliyyat xərcləri daha əvvəlki rüblə müqayisədə 328 mln. dollar və ya 3,67 dəfə azalıb. 2017-ci ilin birinci rübü ilə müqayisədə isə əməliyyat xərcləri 120 mln. dollar və ya 8,85% artıb.

Əsaslı xərclər isə daha əvvəlki rüblə müqayisədə 2,46 mlrd. dollar və ya 6,94 dəfə azalıb. Ötən ilin birinci rübü ilə müqayisədə isə əsaslı xərclər 420 mln. dollar və ya 50,3% azalıb.

Xatırladaq ki, 2017-ci il ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə təqribən 451 mln. dollar əməliyyat xərcləri və təqribən 2,88 mlrd. dollar əsaslı xərclər çəkilib. 2017-ci ilin birinci rübü ərzində isə “Şahdəniz” üzrə fəaliyyətlərə təqribən 113 mln. dollar əməliyyat xərcləri və 835 mln. dollar əsaslı xərclər çəkilib.

Qeyd edək ki, “Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NİKO (10%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR