Lənkəranda velosipedçini maşın vurub

Lənkəranda velosipedçini maşın vurub
# 28 may 2018 15:17 (UTC +04:00)

Lənkəranda velosipedçini maşın vurub.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə şəhərin Şirəli Bayramov küçəsində qeydə alınıb.

Həmin küçədə yaşayan şəhər sakini, 2002-ci il təvəllüdlü Cahid Cabir oğlu Cəfərzadə yolun sağ hissəsi ilə hərəkətdə olarkən qəflətən yolun digər hissəsinə keçməyə çalışıb. Nəticədə ondan bir qədər arxada hərəkət edən "Daewoo nexia" markalı avtomobill' vurulub.

Avtomibilin vuraraq xəsarət yetirdiyi C. Cəfərzadə təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Travmatologiya şöbəsinə yerləşdirilən yaralıya hər iki ayağının sınığı diaqnozu qoyulub. Hazırda ona tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR