MM-in Gənclər və idman komitəsinə yeni üzvlər seçilib

MM-in Gənclər və idman komitəsinə yeni üzvlər seçilib
# 01 may 2018 10:11 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən iclasında Gənclər və idman komitəsinə yeni üzvlərin namizədliyinə baxılıb.

APA-nın məlumatına görə, deputatlar Azər Badamovun və Eldəniz Səlimovun namizədliyi səsə qoyularaq qəbul olunub.

Qeyd edək ki, Gənclər və idman komitəsinin sədri Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinə, komitənin üzvü Rövşən Rzayev isə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə sədr təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR