Bakı-Tbilisi-Ceyhan boru kəmərinin əməliyyat xərcləri 3,5 dəfə artıb

Bakı-Tbilisi-Ceyhan boru kəmərinin əməliyyat xərcləri 3,5 dəfə artıb
# 17 may 2018 11:45 (UTC +04:00)

Bakı-Tbilisi-Ceyhan (BTC) əsas boru kəmərinin əməliyyat və əsaslı xərcləri açıqlanıb.

APA-Economics”in boru kəmərinin operatoru “BP-Azerbaijan” şirkətinin fəaliyyətinin bu ilin birinci rübü üçün hazırladığı hesabata əsasən bildirir ki, 2018-ci ilin 1-ci rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 30 mln. dollar, əsaslı xərclərə isə təqribən 5 mln. dollar xərclənib.

Belə ki, boru kəmərinin əməliyyat xərcləri daha əvvəlki rüblə müqayisədə 103 mln. dollar və ya 3,43 dəfə artıb. 2017-ci ilin birinci rübünün nəticələri ilə müqayisədə isə BTC üzrə əməliyyat xərcləri eyniliklə 1 mln. dollar və ya 3,45% artıb.

Boru kəmərinin əsaslı xərcləri isə daha əvvəlki rüblə müqayisədə 24 mln. dollar və ya 5,8 dəfə azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə dəyişməz qalıb.

Qeyd edək ki, 2017-ci ilin nəticələrinə görə 2017-ci il ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 133 mln. dollar, əsaslı xərclərə isə 29 mln. dollar xərclənib. 2017-ci ilin birinci rübündə isə BTC üzrə əməliyyat xərclərinə təqribən 29 mln. dollar, əsaslı xərclərə isə 5 mln. dollar təşkil edib.

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); “Shevron” (8,90%); “Statoil” (8,71%); TPAO (6,53%); Eni (5,00%); “Total” (5,00%), “İtochu” (3,40%); “İnpex” (2,50%), “ExxonMobil” (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR