DİN Naftalanda baş verən güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb

DİN Naftalanda baş verən güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb
# 29 mart 2018 09:48 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Naftalanda baş verən güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, martın 28-də Naftalan şəhərindəki “Sehrli Naftalan” sanatoriyasının inzibati binasında Goranboy rayon sakini Əli Hüseynov münaqişə zəminində tüfəngdən açdığı atəşlə orada qeydiyyatçı işləyən Günay Zeynalovaya xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən G.Zeynalova orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Hüseynov saxlanılıb.

Hadisəni törədərkən istifadə etdiyi qundağı kəsilmiş “İJ” markalı tüfəng ondan götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR