Liverpulda “Mançester Siti” klubunun avtobusuna hücum olub

Liverpulda “Mançester Siti” klubunun avtobusuna hücum olub
# 04 aprel 2018 21:05 (UTC +04:00)

Liverpulda Çempionlar Liqasının matçı ərəfəsində yerli futbol klubunun azarkeşləri “Mançester Siti”nin avtobusuna hücum ediblər.

APA-nın məlumatına görə, bu barədə “Mirror” xəbər verib.

Məlumata əsasən, avtobus stadiona yaxınlaşarkən azarkeşlər avtobusa müxtəlif şüşə qablar və pirotexniki vasitələr atıb. Hadisə ilə əlaqədar “Liverpul” klubunun UEFA tərəfindən cəzalandırılacağı ehtimal edilir.

Çempionlar Liqasının 1/4 mərhələsi çərçivəsində “Liverpul” – “Mançester Siti” matçı “Enfild” stadionunda keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR