Rusiyada sərnişin təyyarəsi məcburi eniş edib

Rusiyada sərnişin təyyarəsi məcburi eniş edib
# 05 dekabr 2016 04:03 (UTC +04:00)

Rusiyanın Yakutsk şəhərində təyyarə məcburi eniş edib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, Yakutsk-Xabarovsk reysini həyata keçirən “Sukhoi Superjet-100 ” təyyarəsi havaya qalxdıqdan sonra geri dönməli olub.

Məlumata görə, məcburi eniş şassinin nasazlığı ucbatından baş verib. Təyyarənin göyərtəsində 96 sərnişinin olduğu bildirilir. Hadisə nəticəsində zərərçəkən yoxdur. İnsidentin araşdırılması məqsədi ilə “Yakutiya” aviaşirkətində xüsusi komissiya yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR