Masallıda yaşayış evi yanıb

Masallıda yaşayış evi yanıb
# 06 iyun 2018 21:09 (UTC +04:00)

Masallıda 3 otaqlı yaşayış evi yanıb.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Mollahəsənli kəndində, 1975-ci il təvəllüdlü Sakit Təvəkkül oğlu İbrahimova məxsus evdə baş verib.

Kənd sakinlərinin sözlərinə görə, yanğın anidən baş verib və tez bir zamanda bütün evi əhatə edib. Yanğın zamanı evdən heç bir əşya çıxarmaq mümkün olmayıb.

Hadisənin elektrik naqillərində yaranan qısaqapanmadan baş verdiyi bildirilir.

Hadisə yerinə yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR