Aİ sammitində Rusiyaya qarşı yeni sanksiyalar tələb edilməyib

Aİ sammitində Rusiyaya qarşı yeni sanksiyalar tələb edilməyib
# 21 oktyabr 2016 03:54 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqının Brüsseldə keçirilən sammitində heç bir ölkə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə dair təklif irəli sürməyib.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu sammitdən sonra Avstriya kansleri Sebastyan Kern deyib.

Onun sözlərinə görə, sammit iştirakçıları Suriyadakı böhranın nizamlanmasının prioritet məsələ olduğunu qeyd ediblər: “Hazırda Hələbdə beynəlxalq humanitar təşkilatların fəaliyyətini təmin etmək üçün atəşkəs rejiminin tətbiqinin genişləndirilməsi çox vacibdir”.

Bundan əvvəl Almaniya kansleri Angela Merkel Hələbə aviazərbələrin davam etdiriləcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaların müzakirə olunacağını bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR