Prokuror vətəndaşları BP-yə işə düzəltmək adi ilə dələduzluq edən şəxsə cəza istəyib

Prokuror vətəndaşları BP-yə işə düzəltmək adi ilə dələduzluq edən şəxsə cəza istəyib
# 25 may 2018 11:03 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət verməyə təhrik etməkdə və dələduzluqda təqsirləndirilən Seymur Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, S. Əhmədovun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses mayın 30-da davam etdiriləcək.

İttihama görə, təqsirləndirilən şəxs BP şirkətinə sürücü kimi işə düzəltmək adı ilə 6 nəfər zərərçəkmiş şəxsə ümumilikdə 59 min manat məbləğində ziyan vurub.

Həbs edilən S. Əhmədov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR