Lənkəranda yol qəzası olub, xəsarət alanlar var

Lənkəranda yol qəzası olub, xəsarət alanlar var
# 11 aprel 2018 16:27 (UTC +04:00)

Lənkəran rayonunun Liman şəhəri ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın cənub bürosunun məlumatına görə, nəticədə biri yüngül olmaqla, iki nəfər xəsarət alıb. Onlar Lənkəran Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Onlardan birinin vəziyyəti yüngül olduğundan evə buraxılıb. Şirinsu qəsəbə sakini, 1992-ci ilə təvəllüdlü Seymur Cavad oğlu Müslümzadənin müalicəsi isə xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR