Bu il dövriyyədən çıxarılan narkotik vasitələrin 80 faizi marixuanadır

Bu il dövriyyədən çıxarılan narkotik vasitələrin 80 faizi marixuanadır
# 19 aprel 2017 08:15 (UTC +04:00)

Bu ilin 3 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 910 fakt aşkarlanıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata görə, bu faktlardan 244-ü satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 644-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 6-ı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 16-ı isə digər cinayətlərdir.

Faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 328 kq 780,336 qr müxtəlif növ narkotik vasitələr müsadirə olunub. Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 258 kq 046,736 qr marixuana (78,5%), 50 kq 854,54 qr tiryək (15,5%), 18 kq 451,96 qr heroin (5,6%), 983,3 qr həşiş (0,3%), 9,8 qr digərləri və 434 qr psixotrop maddələr (0,1%) (1517 ədəd həb) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR