Sabah Ağsu rayonu və Türkan qəsəbəsində qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah Ağsu rayonu və Türkan qəsəbəsində qaz təchizatında məhdudiyyətlər olacaq
# 20 dekabr 2016 14:24 (UTC +04:00)

Dekabrın 21-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Türkan-2”, saat 10:00-dan 15:00-dək Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Padar” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Bu barədə “APA-Economics”ə SOCAR-dan məlumat verilib.

Məlumata əsasən, təmir müddətində saat 10:00-dan 15:00-dək Ağsu rayonunun Padar, Kəlağaylı, Nəmilli və Binəcik kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin saat 10:00-dan 18:00-dək olan müddət ərzində Bakı şəhəri Xəzər rayonun Türkan qəsəbəsinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR