İstanbulda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçiriləcək

İstanbulda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçiriləcək
# 07 noyabr 2016 14:16 (UTC +04:00)

İstanbulda V Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan ("Azpromo") "APA-Economics"ə verilən məlumata görə, tədbir noyabrın 16-da Türkiyənin İstanbul şəhərində baş tutacaq.

İqtisadiyyat Nazirliyinin dəstək verdiyi forumun təşkilatçısı "Azpromo"dur.


Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə Türkiyə və Gürcüstan iş adamları arasında özlərinə tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR