Ukrayna Krım yaxınlığında raket təlimləri keçirib

Ukrayna Krım yaxınlığında raket təlimləri keçirib
# 13 yanvar 2017 21:45 (UTC +04:00)

Ukrayna ordusu Krım yaxınlığında yerləşən Xerson vilayətində raket təlimləri keçirib.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Müdafiə nazirliyinin məlumatında deyilir.

Məlumata görə, Xerson vilayətində taktiki-operativ, hava hücumundan müdafiə və hərbi təyinat bölmələri birgə təlimlər keçirib.

Qeyd edək ki, dekabrın 1-də Xerson vilayətində keçirilən təlimlərdə orta məsafəli idarəolunan S-300 zenit raketləri sınaqdan keçirilmişdi. Rusiya Müdafiə nazirliyi təlimlərlə bağlı Ukrayna tərəfinə xəbərdarlıq etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR