NASA Qafqazda torpaq deqradasiyasını tədqiq edəcək

NASA Qafqazda torpaq deqradasiyasını tədqiq edəcək
# 07 noyabr 2017 15:44 (UTC +04:00)

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Qafqazda torpaq deqradasiyasını tədqiq edəcək.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədqiqat Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyinin Elmi Araşdırma Mərkəzinin NASA ilə birgə layihəsi çərçivəsində həyata keçiriləcək.

Tədqiqat zamanı XX əsrin 60-70-ci illərində NASA-nın peyklərindən alınan təsvirlərin təhlili əsasında Qafqaz regionunda torpaq deqradasiyası prosesi araşdırılacaq.

Layihədə ABŞ, Almaniya, Rumıniya universitetləri ilə yanaşı, Gürcüstanın İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Azərbaycanın Milli Elmlər Akademiyası və Ermənistanın Yerevan Dövlət Universiteti iştirak edəcək.

Üç illik layihənin nəticələri beynəlxalq elmi jurnallarda dərc olunacaq və xəritə formasında geniş ictimaiyyət üçün hazırlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR