Türkiyədə təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər yaralanıb - VİDEO

Türkiyədə təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər yaralanıb - <span style="color: red;">VİDEO
# 14 may 2015 19:31 (UTC +04:00)

APA TV-nin məlumatına görə, hadisə Konya şəhərində qeydə alınıb. Belə ki, kiçik həcmli mülki təyyarə havaya qalxandan 20 dəqiqə sonra yerə düşüb. Nəticədə 3 nəfər yaralanıb.

Məlumata görə, "NG-4" tipli təyyarədə olan portuqaliyalı Karlos Jorge (56), alman Ulriç Metterniç (56) və italyan Diego Ruggiero (40) təcili yardım helikopteri ilə xəstəxanaya qaldırılıblar. Onların səhhətinin yaxşı olduğu bildirilir.

Türkiyə Hərbi Hava Qüvvələrini komandanlığından verilən məlumata görə, təyyarədə olanlar NATO-nun "Tiger meet 2015" təlimdə iştirak edən mülkü iştirakçılar olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR