Türkiyə və Rusiya deputatları Suriyaya birgə səfər edə bilər

Türkiyə və Rusiya deputatları Suriyaya birgə səfər edə bilər
# 01 fevral 2017 00:14 (UTC +04:00)

Türkiyənin əsas siyasi partiyalarının nümayəndələri Rusiya Federasiyası Şurasının beynəlxalq komitəsinin sədri Konstantin Kosaçovun türkiyəli parlamentarilərlə Suriyaya birgə səfər etmək təklifini alqışlayıblar.

APA-nın xəbərinə görə, hakim Ədalət və İnkişaf Partiyasının üzvü Məhəmməd Ərdoğan “RİA Novosti”yə açıqlamasında bu məsələnin Rusiya-Türkiyə parlamentlərarası dostluq komitəsinin həmsədrlərinin görüşündə müzakirə olunacağını bildirib.

“Biz rusiyalı deputatlarla Suriyaya birgə səfər edə bilərdik. Belə səfərin gerçəkləşməsi Suriyada sülhün bərqərar olmasına, ölkənin vahidliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasına xidmət edə bilər”, - deyə o bildirb.

CHP nümayəndəsi Oğuzxan Saliqi də Kosaçovun təklifini müsbət dəyərləndirərək, bu addımın sülhün əldə olunmasına yardım edəcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR