Antalyadakı mehmanxanaların birində yanğın baş verib

Antalyadakı mehmanxanaların birində yanğın baş verib
# 29 iyul 2017 10:27 (UTC +04:00)

Türkiyənin Antalya vilayətində mehmanxanaların birində yanğın baş verib, 14 nəfər xəsarət alıb.

APA-nın “Haberturk”ə istinadən verdiyi məlumata görə, xəsarət alanlardan 4-ü Rusiya, 10-u Türkiyə vətəndaşıdır. Xəstəxanaya yerləşdirilən zərərçəkənlərin həyatı risk altında deyil. Hadisə zamanı mehmanxanada qalan 400 nəfər təxliyə edilib.

Antanlayın Kəmər rayonunda 5 ulduzlu mehmanxanada qeydə alınan yanğın binanın mətbəxində başlayıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən briqadaları cəlb olunub. Xilasedicilər mehmanxananın eyvanındakı turistləri də hadisə yerindən uzaqlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR