“Trabzonspor”un hücumçusu Premyer Liqa klubuna keçə bilər

“Trabzonspor”un hücumçusu Premyer Liqa klubuna keçə bilər
# 02 yanvar 2020 11:44 (UTC +04:00)

Türkiyənin “Trabzonspor” klubunun futbolçusu Deni Starric karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi “Aston Villa” təcrübəli hücumçunun xidmətində maraqlıdır.

Buna Birminhem klubunun futbolçusu Uesli Moraesin zədələnməsi səbəb olub. Forvardını itirən “Aston Villa” trabzonlularla danışıqlara başlamaq məcburiyyətindədir.

Qeyd edək ki, 30 yaşlı hücumçu “Trabzonspor”a ötən yay “Liverpul”dan keçib. O, Super Liqada 13 oyunda 7 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR