TQDK: Dövlət qulluğuna qəbul imtahanında iştirak üçün ödənişin məbləği ilə bağlı müzakirələr aparılır

TQDK: Dövlət qulluğuna qəbul imtahanında iştirak üçün ödənişin məbləği ilə bağlı müzakirələr aparılır
# 14 oktyabr 2016 14:17 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Hazırda Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbulun test imtahanında iştirak üçün ödənişin məbləğini müəyyənləşdirməklə bağlı müzakirələr aparılır.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, dövlət qulluğuna qəbulun test imtahanında iştirak üçün ödənişin məbləği müəyyən olunduqdan sonra Tarif (qiymət) Şurasına təqdim ediləcək: “Bu məsələ ilə bağlı konkret qərar verildikdən sonra ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan prezidentinin 2016-cı il 11 aprel tarixli fərmanında edilən dəyişikliklərə əsasən, dövlət qulluğuna qəbulla bağlı test imtahanında iştirak üçün ödənişin məbləği Tarif (qiymət) Şurası tərəfindən müəyyənləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR