Rusiyanın təhsil naziri: “Valideynlər təşəbbüs göstərsələr, Rusiyada Azərbaycan dilində məktəblər açıla bilər”

Rusiyanın təhsil naziri: “Valideynlər təşəbbüs göstərsələr, Rusiyada Azərbaycan dilində məktəblər açıla bilər”
# 28 noyabr 2016 09:53 (UTC +04:00)

“Rusiyada Azərbaycan dilində məktəblərin açılması valideynlərdən asılıdır. Əgər valideynlər təşəbbüs göstərsələr, Rusiyada Azərbaycan dilində məktəblər açıla bilər”.

APA-nın xəbərinə görə, bunu Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva Bakıda “Təhsil, elm və mədəniyyət sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının vəziyyəti və perspektivləri” mövzusunda konfrans çərçivəsində keçirilən mətbuat konfransında deyib.

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov isə bildirib ki, iki ölkə arasında təhsil sahəsində münasibətlər dinamik inkişaf edir: “İki Rusiya universitetinin Azərbaycanda filialının və Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının açılması münasibətlərin inkişafının göstəricisidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR