Rumıniyada parlament seçkilərində Sosial-Demokrat Partiyası qalib gəlir

Rumıniyada parlament seçkilərində Sosial-Demokrat Partiyası qalib gəlir
# 11 dekabr 2016 21:27 (UTC +04:00)

Dekabrın 11-də Rumıniyada parlament seçkiləri keçirilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, seçkilərdə seçicilərin 39,49%-i iştirak edib.

Ekzit-polların nəticələrinə görə, seçkilərdə 44% səs toplayan Sosial-Demokrat Partiyası galib qəlir. Onun əsas rəqibi - Milli Liberal Partiyası seçicilərin 22% səsini toplaya bilib.

Ümumilikdə 6,5 min namizəd Deputatlar Palatası və Senatda 466 yer uğrunda mübarizə aparıb. Rumıniya parlamentinə deputatlar 4 il müddətinə seçilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR