Hacıqabulda əmisinin evindən oğurluq edən gənc saxlanılıb

Hacıqabulda əmisinin evindən oğurluq edən gənc saxlanılıb
# 04 aprel 2017 07:35 (UTC +04:00)

Hacıqabul rayonunda əmisinin evindən oğurluq edən şəxs saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayonunun Qubalı-Baloğlan kəndində yaşayan Ağaşərif Əzizov evindən ona məxsus pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polis şöbəsinə ərizə ilə müraciət edib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, oğurluğu Qubalı Baloğlan kənd sakini, 1990-cı il təvəllüdlü Əzizov Mirzağa Əşrəf oğlu törədib. M. Əzizov ötən il noyabrın 29-da əmisinin evinə pəncərədən daxil olaraq oradan 400 manat dəyərində qızıl-zinət əşyası və 400 manat pul oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR