Səfir: "Qarabağ münaqişəsi yalnız Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə həll edə bilər"

Səfir: "Qarabağ münaqişəsi yalnız Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə həll edə bilər"
# 13 oktyabr 2016 11:38 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Dağlıq Qarabağ münaqişəsi yalnız ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə həll oluna bilər".

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun AŞPA-da Dağlıq Qarabağla bağlı açıqlamasına münasibət bildirərkən deyib. O qeyd edib ki, digər hər hansı ölkə bu prosesə təsir edə bilmir və ya prosesdə iştirak etmir: “Hər şey Minsk qrupu çərçivəsində həll olunacaq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR