406 milyon balıq körpəsi süni yolla artırılaraq su hövzələrinə buraxılıb

406 milyon balıq körpəsi süni yolla artırılaraq su hövzələrinə buraxılıb
# 02 fevral 2017 14:21 (UTC +04:00)

Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin tabəçiliyində fəaliyyət göstərən balıqartırma müəssisələrində 2016-cı il ərzində 406.58 mln ədəd müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpəsi süni yolla artırılaraq respublikanın müəyyən edilmiş su hövzələrinə buraxılıb.

APA-nın xəbərinə görə, bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 2016-cı il ərzində su hövzələrində bioloji resursların artırılması və mühafizəsi sahəsində görülmüş işlərin hesabatında əksini tapıb.

Hesabatda bildirilib ki, bütün balıq növləri üzrə müəyyən edilmiş proqnozlara 91% əməl olunub.

Hesabat ili ərzində departament tərəfindən balıqçılıq haqqında qanunvericiliyə müvafiq olaraq 9 hüquqi və 146 fiziki şəxsə balıq ehtiyatlarından sənaye məqsədləri ilə istifadə etmək hüququ verilib və bu məqsədlə 317 ton kilkə, 115,3 ton siyənək və 364.65 ton axçalı balıqların ovuna kvotalar ayrılıb: “Nərə balıqartırma zavodlarının törədici balıqlarla təmin edilməsi məqsədilə 2.1 ton nərə cinsli, çəkikimi balıqların artırılması ilə məşğul olan zavodlar tərəfindən törədici balıqların tədarüki və hipofiz hazırlanması (törədici balıqların cinsi yetişkənliyə çatmasını sürətləndirmək) məqsədilə 7,7 ton çəkikimilərin ovuna kvotalar ayrılıb. Elmi-tədqiqat məqsədləri üçün 2 ton nərə cinsli balıq növlərinin ovlanmasına icazələr verilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR