Prezident bir qrup şəxsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təltif edib

Prezident bir qrup şəxsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təltif edib
# 28 dekabr 2016 15:14 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsə “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Qurbanov Fazil Səməd oğlu və Ömərov Murad Ənvər oğlu elm və təhsil sahələrində nailiyyətlərinə görə təltif edilib.

Dövlət başçısının digər sərəncamı ilə bir qrup şəxs Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə, Azərbaycanda və onun hüdudlarından kənarda iqtisadiyyat, elm, təhsil və mədəniyyətin inkişafındakı xidmətlərinə görə təltif edilib.

“Şöhrət” ordeni ilə

Abdolbari Goozal

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Qasımov Sahil Məmmədyar oğlu

Rəhimov Əlzaman Sabir oğlu

“Tərəqqi” medalı ilə

Ağakişiyev İsmayıl Əlövsət oğlu

Gündoğdu Maisə Faiq qızı

Hüseynov Afil Qurban oğlu

İsayev Çingiz Mikayıl oğlu

Kərimov Qasım Xanbala oğlu

Kiani Leyla Cavid qızı

Qəniyev Etibar Əbdül oğlu

Quliyev Rafail Rəsul oğlu

Qurbanov Elxan Şubay oğlu

Məmmədov Elbrus Fərman oğlu

Mirzəyev Emil Davud oğlu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR