Ərdoğan: Rusiya və Türkiyə bölgədə sülhün bərqərar olması üçün birgə işi davam etdirəcəklər

Ərdoğan: Rusiya və Türkiyə bölgədə sülhün bərqərar olması üçün birgə işi davam etdirəcəklər
# 03 aprel 2018 21:57 (UTC +04:00)

Rusiya və Türkiyə bölgədə sülhün və stabilliyin bərqərar olması istiqamətində birgə intensiv işi davam etdirəcəklər. APA-nın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra bildirib.

“Arzu edirəm ki, bütün bu görüşlər regionumuza fayda gətirəcək”, - deyə Ərdoğan Türkiyə-Rusiya yüksək səviyyəli əməkdaşlıq Şurasının iclasında bildirib.

O, Şuranın iclasından əvvəl V.Putinlə təkbətək görüş keçirdiyini, danışıqlar zamanı regional və beynəlxalq məsələlərin müzakirə edildiyini xatırladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR