Lənkəranda iki avtomobil toqquşub, xəsarət alanlar var

Lənkəranda iki avtomobil toqquşub, xəsarət alanlar var
# 21 fevral 2019 14:22 (UTC +04:00)

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralının Liman şəhərindən keçən hissəsində qeydə alınıb. 99-GT-894 və 90-SU-387 dövlət nömrə nişanlı “Mercedes” markalı iki avtomobil toqquşub. Maşınlardan biri toqquşmadan sonra yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü müxtəlif xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR