“Azərbaycanfilm” kinostudiyası “Nobel qardaşları” haqqında film çəkir

“Azərbaycanfilm” kinostudiyası “Nobel qardaşları” haqqında film çəkir
# 29 iyun 2015 08:28 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Nobel qardaşları” kompaniyasının Bakıdakı fəaliyyətindən bəhs edən qısametrajlı film çəkilir. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, “Postskriptum” adlı ekran əsərinin ssenari müəllifi Ramiz Fətəliyev və Emin Mirabdullayev, rejissoru Emin Mirabdullayev, operatoru Əli Sultan, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə aktyor Azər Aydəmir baş rolu - Robert Nobeli canlandırır.

Ekran əsərində əməkdar artistlər Ayşad Məmmədov, Eldar Bağırbəyov və digərləri rol alıb. Film Nobellərin kiçik qardaşı Robertin Bakıya ilk səyahəti, Bakı nefti ilə tanışlığı və onların şəhərdə bundan sonrakı fəaliyyətini özündə əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR