Azərbaycan Triatlon Federasiyasına yeni prezident seçidib

Azərbaycan Triatlon Federasiyasına yeni prezident seçidib
# 04 sentyabr 2015 12:30 (UTC +04:00)

Azərbaycan Triatlon Federasiyasının (ATF) hesabat-seçki konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, Milli Olimpiya Komitəsində baş tutan tədbirdə qurumun yeni prezidenti seçilib.

Federasiyanın icraçı-direktoru Azər Məhərrəmov ATF-də işini prezident kimi davam etdirəcək. O, bu vəzifəyə yekdilliklə seçilib.

Qeyd edək ki, ATF 2013-cü ilin iyununda yaradılıb və həmin vaxt Beynəlxalq və Avropa Triatlon İttifaqına üzv seçilib. Azərbaycan millisi qısa vaxt ərzində böyük uğur əldə edib. Komandanın üzvü Pevtsov Bakı-2015-in bürünc medalını qazanıb. O, hazırda Rio Olimpiadasına vəsiqə uğrunda mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR