Balakən sakini hovuza yıxılaraq ölüb

Balakən sakini hovuza yıxılaraq ölüb
# 14 oktyabr 2016 10:58 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Balakən rayonunda bədbəxt hadisə baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 12-də Balakən rayonunun Hənifə kənd sakini Elnur Şabanov kənd ərazisində işlədiyi kərpic zavodundakı hovuzda yuyunarkən yıxılaraq ölüb. Onun meyiti oktyabrın 13-də zavodun əməkdaşları tərəfindən aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR