“Barselona” - “Real” matçının başlama vaxtı müəyyənləşib

“Barselona” - “Real” matçının başlama vaxtı müəyyənləşib
# 01 noyabr 2016 10:31 (UTC +04:00)

Bütün dünyanın maraqla gözlədiyi “Barselona” – “Real” matçının başlama vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İspaniya Futbol Federasiyası “El Klasiko”nun saatını açıqlayıb.

Dekabrın 3-də XIV tur çərçivəsində “Nou Kamp” stadionunda baş tutacaq oyunun start fiti Bakı vaxtı ilə saat 19:15-də veriləcək.

Qeyd edək ki, La Liqada 10 turdan sonra “Real” 24 xalla birinci, “Barselona” isə 22 xalla ikinci pillədə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR